MƏDƏNİYYƏT


“Beynəlxalq illüstrasiya 2020” müsabiqəsi elan olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Yaponiyanın qrafik proqram təminatı şirkəti “Celsys” rəssamlar arasında “Beynəlxalq illüstrasiya 2020” müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqə şirkətin “Clip Studio Paint for Galaxy” proqramının istifadəyə verilməsi münasibətilə keçirilir.

Müsabiqəyə ənənəvi və qrafik illüstrasiyalar təqdim edilə bilər. Rəqəmsal işlərin yaradılması üçün istifadə edilən proqram təminatında isə heç bir limit yoxdur.

Birinci yerin qalibinə 10 min ABŞ dolları və digər hədiyyələr təqdim ediləcək.

İştirakçılar öz işlərini “Twitter”, “Facebook” və “Instagram” sosial şəbəkələrində müsabiqənin həştəqindən istifadə edərək təqdim edə bilərlər.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.clipstudio.net/en/galaxy/ ünvanına daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.