ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraq doğurub

Bakı, 11 iyun, AZƏRTAC 

Londonda Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının (EAGE) 81-ci beynəlxalq konfransı və sərgisi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın tanınmış geoloqları, geofizikləri, geokimyaçıları, neft və qaz yataqlarının işlənməsi üzrə mütəxəssisləri, ekoloqları, yer elmləri üzrə alimləri və mütəxəssisləri iştirak ediblər.

Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynovanın “Cənubi Xəzər hövzəsinin qərb bortunun karbohidrogen sistemlərinin geokimyəvi tədqiqi və modelləşdirilməsi” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.