Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Beynəlxalq konfransın iştirakçıları: Naxçıvanın Türk və İslam dünyasında xüsusi yeri var

Naxçıvan, 17 dekabr, AZƏRTAC

Dekabrın 15-də “Naxçıvan” Universitetində keçirilən “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II Beynəlxalq konfransın iştirakçıları muxtar respublikanın tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı konfrans iştirakçılarının təəssüratlarını öyrənib.

TÜRKSOY-un Baş katibinin müavini, professor, doktor Fırat Purtaş: Əvvəlcə onu qeyd edim ki, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin böyük rolu olub. O, həmişə türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, Türk dünyasının məşhur yazarlarının yaradıcılığına, bir sözlə, türk xalqlarının söz sənətinə böyük diqqət yetirib. Bu gün Türk dünyasının UNESCO-su və türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatın nümayəndələri kimi dahi rəhbərin doğulub boya-başa çatdığı, doğma və bir o qədər də əziz olan Naxçıvanda olmaqdan ayrı bir qürur və sevinc hissi duyuruq.

Bu il yaradılmasının 25-ci ili tamam olan TÜRKSOY İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda və bu əhəmiyyətli tədbirin keçirildiyi ali təhsil ocağı “Naxçıvan” Universitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II Beynəlxalq konfransını gerçəkləşdirdi. Bu konfransın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış mərasimi ərəfəsində təşkil edilməsinin əhəmiyyəti çox böyükdür. Çünki qədim tarixi və mədəniyyəti olan diyarınız İslam aləmi və Türk dünyasında böyük bir mövqeyə malik olmaqla, özündə türk-islam mədəniyyətinin zənginliklərini birləşdirir. Qabaqcıl şəxsiyyətlər yetişdirən bu müqəddəs məkan, əminəm ki, gələcəkdə də türk-islam mədəniyyəti sahəsində əməkdaşlığın artırılmasında mühüm rol oynayacaq. Biz gələcəyimizi birlikdə inşa etmək istəyiriksə, keçmişimizdən güc almalı, türk-islam mədəniyyəti üçün vacib əsərlər qoyub gedən qabaqcıl şəxsiyyətlərin, irfan məktəbi alimlərinin əsərləri ilə yaxından tanış olmalıyıq. Xüsusilə də gələcəyimiz olan gənclərin bütün bunlardan xəbərdar olması çox vacibdir. Bu baxımdan bugünkü konfransın çox böyük faydası olacaq.

İnanıram ki, TÜRKSOY-un rəhbərliyi altında irfan məktəbinə dair fikir mübadilələri bundan sonra da genişlənəcək, müsəlman ziyalılarından İsmayıl bəy Qaspıralının da ifadə etdiyi kimi, “Dildə, fikirdə, işdə bir” olmağımız üçün göstərilən səylərə kömək edəcək. Türk dünyası olaraq bizim bundan sonrakı vəzifəmiz irfan məktəbinə sahib çıxmaq, mədəniyyət dəyərlərimizi qoruyub saxlamaq və ən əsası gələcəkdə də bu məktəbin davamçılarını yetişdirməkdir.

TÜRKSOY-un Qırğızıstan təmsilçisi, Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev: Naxçıvana ilk dəfədir gəlirəm. Bu şəhər çox xoşuma gəldi, təmizliyi və gözəlliyi ilk tanışlıqda məni valeh etdi. Həqiqətən, Naxçıvan tarixi, mədəniyyəti ilə Türk dünyasında önəmli yerə malikdir.

“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda keçirilən beynəlxalq konfransda “Türk dünyası ədəbiyyatında Çingiz Aytmatovun imzası” mövzusunda çıxış etdim. Düşünürəm ki, bu konfrans hamı üçün maraqlı və faydalı oldu. Digər tərəfdən Naxçıvan şəhəri bu il İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıyır. Bununla bağlı da möhtəşəm bir tədbir keçirildi. Bu tədbirlərin hər ikisi bir daha Naxçıvanın Türk və İslam dünyasındakı yerini göstərir.

Naxçıvanın tarixi zənginliyi belə deməyə əsas verir ki, gələcəkdə bu qədim şəhər Türk dünyasının da mədəniyyət paytaxtı ola bilər və sözün həqiqi mənasında, buna layiqdir. Ümumi qənaətim isə belədir ki, Naxçıvan bizim hər birimiz üçün doğma məkandır. İstərdim ki, Naxçıvanda Türk dünyasının şairlərinin iştirakı ilə beynəlxalq konfrans da keçirilsin.

Ankara Yıldırım Bəyazit Universitetinin müəllimi, doktor Oğuzxan Aydın: Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması çox böyük hadisədir. Bu münasibətlə Türkiyə Cümhuriyyətinin bir təmsilçisi kimi Şərqin qapısı Naxçıvanda olmaqdan çox böyük qürur duyuram. Çünki duyğuları, düşüncələri, adətləri eyni olan iki xalqın nümayəndələri arasında bundan gözəl hiss ola bilməz.

Naxçıvan təsadüfən ISESCO-nun bu böyük layihəsinin paytaxtı seçilməyib. Hər şeydən əvvəl, Naxçıvan dünyanın bəzəyi, Türk dünyasının döyünən qəlbidir. Bura Nuh yurdu, müqəddəs məkandır. Konfransdakı çıxışlarımız, keçirdiyimiz görüşlər və tanış olduğumuz tarixi zənginliklər İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan haqqında zəngin təəssüratlarımızın yaranmasına səbəb oldu. Düşünürəm ki, bu gün buradakı bütün qonaqlar Naxçıvanı yenidən kəşf etdilər.

TÜRKSOY-un Qazaxıstan təmsilçisi Askar Turganbayev: Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim diyarı Naxçıvanda Türk və İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdə iştirak etmək bizim üçün çox qürurvericidir. Çünki Naxçıvanın həm Türk dünyasında, həm də İslam dünyasında böyük yeri var. Beş min il bundan əvvəl burada şəhər mədəniyyətinin formalaşması, sonrakı dövrlərdə elm, ticarət və mədəniyyətin inkişaf etməsi, Böyük İpək Yolunun üzərində yerləşməsi Naxçıvanın Şərqlə Qərb arasındakı rolunu daha da gücləndirib.

Naxçıvan tarixin bütün dövrlərində Türk dünyasına, ümumilikdə isə bəşər tarixinə böyük töhfələr verib, görkəmli şəxsiyyətlər bəxş edib. İslamın yayılmasından sonrakı dövrdə isə Naxçıvan İslam mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bu gün Naxçıvandakı türk-islam abidələri bu zəngin tarixi keçmişi bir daha göstərir. Konfransda da bu qədim diyarın zəngin tarixi, mədəni irsi haqqında maraqlı fikirlər söylənildi. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi Naxçıvanın Türk dünyasına yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.

Digər tərəfdən şəhərlə bağlı qənaətlərimi də bölüşmək istəyirəm. Səfər müddətində biz Naxçıvan şəhərini gəzdik, buradakı tarixi abidələrlə, muzeylərlə tanış olduq. Şəhər çox təmiz və gözəldir. Həyat burada sakitcə öz axarında davam edir. Şəhərin simasında qədimlik və müasirlik ahəngdarlıq təşkil edir. Tikilən binaların arxitekturasına xüsusi fikir verilir. Hiss olunur ki, Naxçıvanda tarixə böyük sevgi ilə yanaşılır, müasirlik elementlərindən qədərində istifadə olunur. Ümumiyyətlə, Naxçıvanın müasir siması, həyat tərzi yaddaşımızdan uzun müddət silinməyəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir