DÜNYA


Beynəlxalq təşkilat Qərbin münaqişələrlə bağlı ikili standartını pisləyir

Paris, 30 mart, AZƏRTAC

“Amnesty İnternational” qeyri-hökumət təşkilatı illik hesabatında Qərb dövlətlərinin ikiüzlülüyünü, Ukrayna müharibəsinə fərqli reaksiya verdiyini, ancaq dünyanın müxtəlif yerlərində olan münaqişələrdə törədilən ciddi pozuntulara göz yumduğunu, hətta bəzən onlara şərik olduğunu pisləyib.

Hesabatda Avropa Birliyinin “yaxşı” və “pis” qaçqınlar deyərək qapılarını ukraynalı qaçqınlara geniş açdığı, lakin əfqan, suriyalı qaçqınların üzünə bağladığı tənqid edilib.

Təşkilatın rəhbəri 2022-ci ildə Fransa kimi Qərb ölkələrində vətəndaş və siyasi hüquqların çox pisləşdiyini, insanların repressiyaya məruz qaldığını bildirərək, nümayişlər zamanı fransız polis və jandarmlarının qeyri-qanuni güc tətbiqinə işarə edib. O, qadın hüquqlarının da pisə doğru istiqamətləndiyini deyərək rəqs etdiyinə, mahnı oxuduğuna, başını örtmədiyinə görə İranda bəzi qadınların öldürüldüyünü misal çəkib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.