İQTİSADİYYAT


Beynəlxalq yarış və müsabiqələrdə qazanılan mükafatlardan vergilərin tutulması qaydası

Bakı, 2 iyun, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, keçirilən müsabiqədən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisindən azad olunan hissə çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.