DÜNYA


Beyrutdakı partlayışda yaralananlardan ikisi Türkiyə vətəndaşıdır

Ankara, 5 avqust, AZƏRTAC

Beyrutda baş vermiş güclü partlayışda yaralananlardan ikisi Türkiyə vətəndaşıdır. Onlar üçün həyati təhlükə yoxdur. Hadisədən zərər çəkənlər arasında digər türklərin olub-olmaması araşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Livandakı səfiri Hakan Çakıl “A HABER” televiziya kanalı ilə videobağlantıda məlumat verib. H.Çakıl bildirib ki, Türkiyə səfirliyinin inzibati binası hadisə yerindən 14 kilometr aralıda olsa da, partlayışın səsi aydın eşidilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.