Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bəzən ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektli olur

Bəzən ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektli olur

Bakı, 28 sentyabr, AZƏRTAC 

Sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində sənaye balıq ovu ilə bağlı qaydalar və qadağalar, brakonyerliyə qarşı mübarizə, hava proqnozlarının və xəbərdarlıqlarının hazırlanması və geniş kütləyə ötürülməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının tükənmə təhlükəsi ilə üzləşdiyini, eləcə də onların mühafizəsi və qorunmasının olduqca həm aktual, həm də vacib olduğunu diqqətə çatdırıb.

O, həmçinin deyib: “Nazirlik balıq ovu ilə bağlı qayda-qanuna əməl olunmasında, brakonyerliyin qarşısının alınmasında israrlıdır, balıq ehtiyatlarından səmərəli və ədalətli istifadəni ən zəruri məsələ hesab edir. Çalışırıq ki, həm balıq ovu ilə məşğul olanların müraciətləri ədalətli şəkildə təmin olunsun, həm də əhalinin qida zəncirində balıq məhsulları yer alsın, eyni zamanda, su bioresursları gələcək nəsillər üçün qorunsun. Buna görə sənaye balıq ovu ilə məşğul olanların qaydalara əməl etmələri ilə bərabər, vətəndaşlıq mövqeyi göstərmələri də vacibdir. Bəzən balıqçı xırda nərə balığını da tutur və bununla, onsuz da nəsli kəsilməkdə olan həmin növün tamamilə yox olmasına şərait yaradır. Yaxud da qaydalara məhəl qoymadan, qadağan olunmuş ov alətlərindən istifadə etməklə israfçılıq edərək digər balıq növlərinin də sayının azalmasına səbəb olur. Nazirlik tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülsə də brakonyerliyin tam aradan qaldırılması, tez bir zamanda nəticə əldə olunması üçün birgə mübarizə aparılmasını və hər kəsin bu işdə bizə kömək etməsini gözləyirik. Bəzən ictimai qınaq bəzi hüquqi və inzibati tənbehlərdən daha effektli olur”.

Mətbuat katibi bildirib ki, bəzi hallarda balıqçıların müraciətlərinə ədalətli yanaşılmadığı, inhisarçılığa yol verildiyi barədə nazirliyə şikayətlər də daxil olur. Məqsədimiz bu cür yanaşmaların tamamilə aradan qaldırılmasına nail olmaq, qayda-qanun yaratmaqdan ibarətdir. İ.İbrahimova vətəndaşların neqativ hallarla bağlı dərhal nazirliyin “Qaynar xətt”inə və ya elektron poçtuna məlumat verəcəyi halda qanunsuzluqların qarşısının daha tez alınacağını vurğulayıb.

Mətbuat katibi hər bir vətəndaşı ölkənin su hövzələrində mövcud olan sərvətimizin qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırıb.

Nazirliyin əməkdaşı Suqra İbrahimli ETSN-in Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən yanvardan bu günə kimi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88,7 ton siyənək və 397,1 ton axçalı balıqların ovuna kvotalar ayrıldığını və balıqovlama biletləri verildiyini qeyd edib. Bununla yanaşı, sənədləri qaydasında olmadığı üçün iki fiziki şəxsə etiraz olunub.

“Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir, bir il müddətinə verilir. Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması, balıqovlama biletinin verilməsi proseduru iki mərhələdən ibarətdir. Birinci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri, kvotanın balıq növləri üzrə və ov alətlərinin briqadalara əsasən bölgüsünü göstərməlidir. Eyni zamanda, mülkiyyətində, icarəsində olan gəmi və ya qayıqdan istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilərək Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra onun dəyəri departamentin bank hesabına ödənilir. Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xarici vətəndaşlar üçün məbləğ iki dəfə artıqdır. İkinci mərhələdə, artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in ( http:/www.eco.gov.az ) rəsmi saytının elektron xidmətlər bölməsindən “Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama biletini ala bilir. Əgər hansısa balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, departamentə və ya nazirliyin 168 nömrəli “Qaynar xətt”inə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir, hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur”,- deyə nazirliyin əməkdaşı diqqətə çatdırıb.

O bildirib ki, mütəmadi olaraq balıqçılarla görüşlər keçirilir, onlara balıqovlama biletinin alınması ilə bağlı qaydalar, İnzibati Reqlament izah olunur, balıqovlama qaydaları və qadağalar barədə maarifləndirici məlumatlar verilir. Bilet almış balıqçıların kvotaya uyğun ov etmələrinə, qadağan olunmuş ov alətlərindən, o cümlədən sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə olunmamasına Su Hövzələrində Bioresursların Mühafizəsi Xidmətinin müfəttişləri tərəfindən nəzarət edilir. Bu qaydalara əməl etməyən balıqçılar barəsində qanunauyğun tədbirlər görülür, hətta balıqovlama biletinin ləğv olunmasınadək tənbeh növləri tətbiq edilir. Departamentin mühafizə xidməti tərəfindən balıqovlama qaydalarına düzgün riayət olunması məqsədilə reydlər keçirilir və balıqçıların fəaliyyətinə daim nəzarət olunur. S.İbrahimli keçirilən reydlərdə ictimaiyyət nümayəndələri, media təmsilçilərinin iştirakını mümkünlüyünü də vurğulayıb.

O deyib: “Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, Xəzər şirbidi, şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda, nərəcinsli balıqların ovu qadağan edilib.

Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir. Hesab edirik ki, hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq, onların qaydalar çərçivəsində ovlanmasına əməl edəcək. Balıqçılara balıq ehtiyatlarının istifadəsi zamanı israfçılığa yol verməmək, qadağan olunmuş balıq növlərini ovlamamaq tövsiyə edilir. Hər kəsi su bioresurslarının gələcək nəsillər üçün qorunmasında və mühafizəsində iştirak etməyə çağırırıq”.

ETSN-in ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva hava, iqlimlə bağlı proqnozların hazırlanması və xəbərdarlıq sistemi haqqında məlumat verib: “Bütün dünyada hava-iqlim proseslərinin həm insanların gündəlik həyatına, həm də dayanıqlı inkişafa təsiri ilə bağlı narahatlıq artır. Buna görə də adekvat sosial və iqtisadi qərarların qəbul olunması üçün bu sahədə məlumatlılığın artırılması vacibdir. Xüsusən də təhlükəsiz və dayanıqlı dəniz və hava nəqliyyatında, effektiv enerji istehsalında, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasında, fövqəladə hallarda tədbirlərin planlaşdırılmasında və s. hava ilə bağlı məlumatlar və xəbərdarlıqlar əsas təşkil edir.

Təbii fəlakətlərin demək olar ki, əksəriyyəti hidroloji və meteoroloji hadisələr nəticəsində yaranır. Ətraf mühitə antropogen təzyiqlərin artması ilə kəskinləşən iqlim dəyişmələri fonunda yeni hava-iqlim və hidroloji problemlər meydana gəlir. Atmosfer sirkulyasiyasında dəyişiklik baş verir, bloklaşdırıcı proseslər artır, təhlükəli hidrometeoroloji hadisələrin həm sayı, həm də intensivliyi çoxalır.

Bütün dünyada olduğu kimi, ETSN-in hidrometeorologiya xidməti də hava üzərində fasiləsiz müşahidələr aparır, proqnozlar və gözlənilən təhlükəli hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlar təqdim edir.

Bəllidir ki, hansısa bir təhlükəli hidrometeoroloji hadisənin qarşısını almaq mümkün deyil. Bütün ölkələr, onların inkişaf səviyyəsindən asılı olmayaraq təbii fəlakətlər qarşısında həssasdırlar. Fəsadları azaltmaq üçün inkişaf etmiş ölkələrdə müvafiq adaptasiya tədbirləri həyata keçirilir və bu öz bəhrəsini verir.

Bu baxımdan, hidrometeorologiya xidmətlərinin əsas vəzifəsi qabaqcadan xəbərdarlıqların verilməsi ilə təhlükəli hidrometeoroloji hadisələr nəticəsində baş verə biləcək itkilərin minimuma endirilməsindən ibarətdir. Əsasən fəaliyyəti sırf hava şəraiti ilə bağlı olan sahələrə xəbərdarlıqların əvvəlcədən verilməsi daha önəmlidir.

Gündəlik hava proqnozları ilə yanaşı, təsdiq olunmuş plan-sxem əsasında sinoptiklər tərəfindən xəbərdarlıqlar paytaxt üzrə 58 müvafiq təşkilata göndərilir. Eyni zamanda, 6 regional hidrometeorologiya mərkəzləri tərəfindən xəbərdarlıqlar yerli icra strukturlarına və rayonlarda müvafiq təşkilatlara ötürülür. Bununla yanaşı, nazirliyin saytında yerləşdirilir, kütləvi informasiya vasitələrinə təqdim olunur. Xəbərdarlıqlar telefonoqram, faks və internet vasitəsilə ötürülür. Məqsədimiz təqdim olunan proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə yanaşı əhatə dairəsini genişləndirmək və daha cəlbedici formatda əhaliyə çatdırmaqdır”.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib