CƏMİYYƏT
Bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq
Bakı, 9 aprel, AZƏRTAC
Ölkə ərazisində aprelin 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10°, gündüz 13-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qərb rayonlarında lokal xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə lokal xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək Havanın temperaturu gecə 4-9°, gündüz 18-23° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə lokal xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 18-23° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə lokal xarakterli qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 15-20° isti, dağlarda gecə 6-8°, gündüz 11-16° isti olacağı ehtimal edilir.