İQTİSADİYYAT
Bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da səhər saat 08:00-dan təmir işləri başa çatanadək Nəsimi rayonu, “20 Yanvar” və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq. Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb. Saat 10:00-dan başlamaqla işlər yekunlaşanadək Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu, dövlət sərhədi avtomobil yolunun Qaz İxrac İdarəsinə məxsus magistral qaz kəməri ilə kəsişmə yerlərində yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır. Təmir bərpa işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir hissəsində də qazın verilişində məhdudiyyətlər tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]