REGİONLAR
Biləsuvarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin təqdimatı olub
Biləsuvar, 8 iyul, Mahir Babayev, AZƏRTAC
İyulun 8-də Biləsuvar rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində yaradılmış Gənclərin İnkişaf və Karyera Mərkəzinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə Mərkəzin yaradılmasının rayon gənclərinin inkişafına, gənclərin fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verəcəyini bildirib.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında dövlətin gənclərə diqqət və qayğısının bütün sahələrdə hiss edildiyini vurğulayıb.
Rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov gənclərlə bağlı dövlət siyasətinin uğurlu nəticələrindən danışaraq, gələcəkdə bu siyasətə dəstək olmaq məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə fəaliyyətin zəruriliyini diqqətə çatdırıb.
Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev rəhbərlik etdiyi qurumun Gənclərin İnkişaf və Karyera Mərkəzinə daim lazımi dəstək verməyə hazır olduğunu bildirib.