REGİONLAR


Biləsuvarda Xırdalan sakinindən külli miqdarda narkotik götürülüb

Biləsuvar, 20 yanvar, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda 1,5 kiloqramdan artıq psixotrop maddə və narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni Qulam adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.