REGİONLAR


Biləsuvarda heyvandarlarıq məhsulları istehsalında artım müşahidə olunur

Biləsuvar, 24 iyul, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 244 baş iribuynuzlu mal-qara, 135 min 395 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 19 min 412 baş təşkil edir.

Cari ilin altı ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 3 min 642 ton ət (diri çəkidə), 13 min 665 ton süd, 255 ton yun və 9 milyon 38 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 340 ton, süddən 6 ton, yumurtadan 471 ədəd çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.