REGİONLAR


Biləsuvarda ötən ildəkindən 536 ton çox pomidor-xiyar yığılıb

Biləsuvar, 22 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Biləsuvarda bu mövsüm 1442 hektar sahədə tərəvəz yetişdirilib ki, bunun da 765,4 hektarını pomidor-xiyar təşkil edir. Məhsul istehsalçıları əkin sahəsindən indiyədək 36 min 823 ton məhsul toplayıblar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı əkinçilər erkən yazda 765,4 hektar sahədə pomidor-xiyar becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 655,4 hektar pomidor sahəsinin 513 hektarından 33 min 960 ton, 110 hektar xiyar sahəsinin 108 hektarından isə 2 min 863 ton məhsul yığıblar. Məhsulun 127 tonu istixana komplekslərindən toplanılıb.

Qeyd edək ki, biləsuvarlı əkinçilərin səkkiz ayda istehsal etdikləri pomidor-xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 536 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.