REGİONLAR
Biləsuvarda tərəvəz sahələrindən 7 min tondan çox məhsul yığılıb
Biləsuvar, 20 iyul, Mahir Babayev, AZƏRTAC
Cari təsərrüfat ilində biləsuvarlı fermerlər 21 min 594 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkilən sahələrin 12 min hektarını pambıq, 208 hektarını kartof, 1253 hektarını tərəvəz, 113 hektarını bostan, 5561 hektarında yem bitkisi (yonca), 280 hektarını paxlalı bitkilər, 686 hektarını çuğundur, 700 hektarını çəltik, 227 hektarını isə günəbaxan bitkisi təşkil edib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ilin altı ayı ərzində rayonda 208 hektar kartof sahəsindən 2663 ton kartof yığılıb. 1253 hektar tərəvəz sahəsinin 632 hektarından 7 min 49 ton məhsul götürülüb ki, bunun da 1456 tonu pomidor, 1879 tonu xiyar, 389 tonu soğan, 43 tonu badımcan, 5 tonu bibər, 2484 tonu yaşıl noxud, 258 tonu isə digər tərəvəz məhsulları olub. Sahələrdən həmçinin 623 ton paxlalı bitki məhsulları da yığılıb.
Rayonda tərəvəz yığımı davam edir.