DÜNYA


Bill və Melinda Geyts cütlüyü 27 illik nikahdan sonra boşanmağı qərara alıb

Vaşinqton, 4 may, AZƏRTAC

Dünyanın ən zəngin cütlüklərindən biri, “Microsoft”un yaradıcısı Bill Geyts və xanımı Melinda 27 illik nikahdan sonra boşanmaları barədə elan ediblər.

AZƏRTAC xəbər verir ki, onların birgə bəyanatı Bill Geytsin “Twitter” səhifəsində yerləşdirilib.

Məlumatda deyilir: “Münasibətlərimiz üzərində çox düşündükdən sonra biz nikahımıza son qoymağı qərara aldıq”. Cütlük qeyd edib ki, 27 illik nikah ərzində onlar üç gözəl övlad tərbiyə edib və bütün dünyanı əhatə edən xeyriyyəçilik fondu yaradıblar.

Bill və Melinda vurğulayıblar ki, onlar təhsilin, gender bərabərliyinin və səhiyyənin inkişafı istiqamətində birgə xeyriyyəçilik fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.

Qeyd edək ki, Bill Geyts Melinda Frenç ilə 1994-cü il yanvarın 1-də ailə qurub. Onların bu nikahdan üç övladı - Cennifer Katarin, Rori Con və Fibi Adel dünyaya gəlib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.