CƏMİYYƏT


Binə qəsəbəsində “Jeep” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binə qəsəbəsi ərazisində yolu keçən 40-45 yaşlı kişini Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Jeep” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində isə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə vurub. Piyada hadisə yerində keçinib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.