İDMAN


Binəqədi rayonunda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol turniri keçirilib

Bakı, 7 may, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 248 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş oğlanlar arasında voleybol turniri keçirilib.

Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirin nəticəsinə əsasən birinci yeri 276 saylı tam orta məktəbin komandası, ikinci yeri 83 saylı məktəb-liseyin komandası, üçüncü yeri 267 saylı tam orta məktəbin komandası tutublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.