CƏMİYYƏT


Binəqədi rayonunda mopedləri oğurlayan cinayətkar dəstənin üzləri saxlanılıb VİDEO

Bakı, 9 fevral, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan dəstə üzvləri - əvvəllər məhkum olunmuş Vüsal Nağıyev, Elgün Abbasov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyənləşdirilib ki, dəstəmizin başçısı Vüsal Nağıyev əvvəlcədən oğurluq məqsədilə qrup yaradaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif şəxslərə pul müqabilində satıb. Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkarlanaraq götürülüb. Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Qrup üzvlərinin paytaxtın digər ərazilərində də oxşar cinayətlər törətmələri istisna edilmir. Həmin şəxslər barəsində 5-ci polis bölməsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.