CƏMİYYƏT


Binəqədidə avtoxuliqanlıq hərəkətlərini çəkərək sosial şəbəkələrdə yayan sürücü inzibati qaydada həbs edilib VİDEO

Bakı, 20 iyul, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi 90 UF 314 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxiliqanlıq etdiyi üçün o, saxlanılaraq barəsində polis şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən Feyzi Bayramov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq) və 342.2.3-cü (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələrinə əsasən 20 gün müddətinə inzibati həbs verilib. O, nəqliyyat vasitəsini bir il müddətə idarə etmək hüququndan məhrum olunub.

Qeyd edək ki, Feyzi Bayramov şəhərdə mütəmadi olaraq avtoxuliqanlıq edərək törətdiyi hərəkətləri videogörüntüyə alaraq müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.