ELM VƏ TƏHSİL


Biologiya və tarix fənləri üzrə imtahan modeli üçün tapşırıq nümunələri elmi-metodik baxımdan müzakirə edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasların gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodik baxımdan müzakirəsi olub.

Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. İşçi qrupunun üzvləri müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər.

Noyabrın 19-da müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.