CƏMİYYƏT


Biotəhlükəsizlik və biomühafizə qaydaları mövzusunda AQTİ mütəxəssislərinə təlim keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə təlim ABŞ Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasının işçi heyətinə “Biotəhlükəsizlik və biomühafizə qaydaları” üzrə keçirilib. Təlim zamanı heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları, virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili haqqında iştirakçılara geniş məlumat verilib.

Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.