CƏMİYYƏT


“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Şüvəlanda keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində fəaliyyət göstərən 2 saylı Bakı DOST Mərkəzinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır.

Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.