CƏMİYYƏT


“Bir gündə 650 min ağac əkək” kompaniyasına “Azəriqaz” İstehsalat Birliyi də qoşulub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kompaniyasına SOCAR-ın digər təşkilatları ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi də qoşulub. Aksiya çərçivəsində 15 növdən ibarət 5 min ağac tingi, dekorativ kol və güllər əkilib. Onlardan 2 mini Bakı və Abşeron yarımadasında, 3 mini isə regionlarda əkilib. “Azəriqaz” İB-nin Bakı və Abşeron yarımadasında yerləşən, həmçinin respublika üzrə bütün regional struktur bölmələri məmnuniyyətlə bu tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.