İQTİSADİYYAT


Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin məbləği 2,6 milyard dollar olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,6 milyard dollar olub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8 faiz təşkil edib. 2021-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması cəlb olunmuş investisiya ilə (2,1 milyard dollar) kapitalın repatriasiyası (2,5 milyard dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 453,7 milyon dollar (38,1 faiz artım) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.