Birəcik Su Anbarı və sahilindəki qaya-evlər Qaziantepi turistlər üçün cəlbedici edən ən valehedici məkanlardandır FOTO REPORTAJ VİDEO
AzerTAg.az
Qaziantep, 11 oktyabr, AZƏRTAC
Türkiyənin Qaziantep bölgəsi ən qədim insan məskənlərindən biridir. Anadolunun cəlbedici turizm məkanlarından birinə çevrilməsinin də mühüm səbəbindən biri məhz budur.
AZƏRTAC xəbər verir ki, zəngin tarixi abidələri, əsrarəngiz təbiəti, bərəkətli torpağında becərilən nadir məhsulları ilə daim cəlbedici olan Qaziantepi yerli və xarici turistlərə bağlayan saysız-hesabsız səbəblər var.
Fərat çayının əzəməti də bu bölgəni ziyarət edənləri öz təsirində saxlayır.
Birəcik Su Anbarının ətrafı isə göz oxşayan nadir təbiət abidəsidir. Su hövzəsinin sahillərində yerləşən qaya-evlərdən ibarət qədim Halfeti yaşayış məskəni seyrçini valeh edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep


















Xəbərin mətnində orfoqrafik səhv var