İDMAN


Birinci Avtoidman Oyunları Vallelunqada keçiriləcək

Bakı, 30 oktyabr, AZƏRTAC 

Bu il ilk dəfə olaraq beynəlxalq idman hadisəsi - “FIA-nın Avtoidman Oyunları” adlandırılan yürüş dünyasının özünəməxsus Olimpiadası keçiriləcək. İlk yarışlar noyabrın 1-dən 3-dək Romadan şərqdə yerləşən Vallelunqa trasında təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, yarışlarda iştirak üçün 45 ölkədən 176 pilotun müraciəti qəbul edilib. Pilotlar 6 növ - “GT”, “turinq”, Formula 4, “drift”, “kartinq slalom” və virtual yürüş üzrə mübarizə aparacaqlar. Startdan əvvəl bütün yürüşçülər Romanın mərkəzində pilotların paradında iştirak edəcəklər.

İtaliya Avtomobil Federasiyasının (ACI) prezidenti Ancelo Stikki Damiani qarşıdakı yarışları belə şərh edib: “Birinci Avtoidman Oyunlarının keçirilməsi üçün Beynəlxalq Avtomobil Federasiyasının məhz Romanı və Vallelunqa trasını seçməsi heç də təsadüfi deyil. Bu seçim ACI-nin avtomobil idmanının hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılmasında xidmətlərinin təsdiqidir.

Bizim səylərimiz təkcə Romanın Formula E yarışlarının keçirildiyi dünyanın 12 şəhəri siyahısına salınmasına deyil, həm də sentyabr ayında Formula 1 ilə tarixi sazişi imzalamağa imkan yaratdı. Bu saziş sayəsində çempionatın İtaliya mərhələsi növbəti 5 ildə Monsada təşkil olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.