İQTİSADİYYAT


Birinci rübdə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 505,5 milyon dollar olub

Bakı, 29 aprel, AZƏRTAC

Yanvar-mart aylarında BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda yerli şirkətlər üzrə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə/xidmətlərə/materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 505,5 milyon ABŞ dolları olub. Bu da ümumi üçüncü tərəf xərclərinin 62 faizini təşkil edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində həmin vəsaitin 116,2 milyon dolları 168 kiçik və orta müəssisənin, 10,1 milyon dolları 20 dövlət şirkətinin, 268,8 milyon dolları 14 yerli tərəfdaşı olan birgə müəssisənin, 110,4 milyon dolları isə xarici podratçıların ölkə daxilindəki məsrəfləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.