Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Birinci vitse-prezident Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:

-Hörmətli xanımlar.

Əziz dostlar.

Əziz xanım səfirlər.

Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi qəlbdən salamlayıram. Bir az gec də olsa, sizinlə birlikdə Novruz bayramını qeyd etmək mənim üçün çox xoşdur.

Novruz Azərbaycanın ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın, dirçəlişin simvoludur. Adətən Azərbaycanda Novruz bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz də məhz dostluğun, qarşılıqlı hörmətin təzahürüdür.

Əziz qonaqlar, mən sizi bayram münasibətilə ürəkdən təbrik edirəm, sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq arzulayıram.

Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki, Azərbaycanda olduğunuz müddətdə ölkəmizi tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir. Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır. Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız.

Hörmətli xanımlar, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Hörmətli xanımlar, fürsətdən istifadə edərək mən sizin fəaliyyətinizi xüsusi vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanda humanitar, sosial sahələrdə icra olunan layihələrə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətli xanımlar, qoy bu bahar sizin üçün nurlu olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə hədsiz xoşbəxtlik, cansağlığı, təmsil etdiyiniz ölkələrə və xalqlara əmin-amanlıq, sülh arzulayıram.

Çox sağ olun və bir daha xoş gəlmisiniz.

X X X

Görüşdə Moldovanın Azərbaycandakı səfirinin xanımı Alla LEUKA “HOMS Qrupu” kimi tanınan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları adından çıxış etməyin onun üçün şərəf olduğunu deyərək Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə, “HOMS”un fəaliyyətinə verdiyi dəyərə və Novruz bayramı münasibətilə təbriklərinə görə təşəkkürünü bildirdi. Azərbaycanda çox sayda Novruz tədbirlərində iştirak etdiklərini, Novruzun sərhədləri aşaraq insanları birləşdirdiyini, bizə oxşar cəhətlərimizi və müxtəlifliyimizin zənginliyini xatırladığını, hörmət, sülh və mehriban qonşuluğa əsaslanaraq xalqlar arasında əlaqələri gücləndirdiyini vurğuladı. Qeyd etdi ki, o, Novruz ruhunu Azərbaycanda bütün ilboyu hiss edir.

“Beynəlxalq ictimaiyyətin üzvləri olaraq biz ev sahibi olan ölkənin cəmiyyətinin açıqlığı, dostluğu, qonaqpərvərliyini hər zaman hiss edirik. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik”, - deyən Alla Leuka təmsil etdikləri “HOMS” təşkilatının gördüyü işlərdən danışdı, humanitar sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğuladı. Bildirdi ki, bu cür görüşlər beynəlxalq ictimaiyyətlə ev sahibi olan ölkənin rəhbərliyi və xalqı arasında əlaqələri gücləndirməyin daha bir yoludur. Alla Leuka Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırdı, bütün insanlara dostluq və firavan həyat arzuladı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Qeyd edək ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənir. Buna görə də ölkəmiz beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanla daha çox ölkə əməkdaşlıq etmək arzusundadır. Həmin faktı Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik missiyalarının sayı bir daha təsdiq edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır

Bu gün dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür

İlin əvvəlindən indiyədək 366,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Ağdaşda suda batan yeniyetmənin meyiti tapılıb

Beynəlxalq Polo və Çövkən federasiyaları arasında Dostluq Memorandumunun hazırlanması müzakirə olunub

Hikmət Hacıyev: Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anır

Azərbaycan səhnəsinin ilk Hamleti

“Qarabağ”ın İsveç klubları ilə 8-ci dueli: Azərbaycan çempionu uğurlu statistikaya malikdir

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Deputat: Müasir dövlətçilik tariximizin taleyüklü məqamları Ulu Öndərin adı ilə bağlıdır

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib

Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək

“Dərnəgül-Bakmil” stansiyaları istiqamətində hərəkət edən qatarda nasazlıq aşkarlanıb

UEFA Konfrans Liqası: “Başakşəhər” Almaniya klubunu qəbul edəcək

Arxeoloqlar Ulu Öndərin Azərbaycan elminə xüsusi önəm verməsindən danışıblar

Avropa Liqası: “Qalatasaray” və “Beşiktaş” növbəti oyunlarına çıxacaq

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Avropa Liqası: “Qarabağ” bu gün səfərdə İsveç klubu ilə qarşılaşacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub - YENİLƏNİB 2

Reza Deqati Azərbaycan həqiqətlərini əks etdirən fotolarını Mərakeşdə nümayiş etdirir

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq

İkiqat dünya çempionu Mixail Malkin: Tamblinq mənim həyatımdır

“Ədibin Evi”ndə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş keçirilib

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Heydər Əliyev bizim üçün birlik, tərəqqi və ilham mənbəyidir

Papa Fransisk Suriyada sabitlik və birliyin vacibliyini bildirib

ÜST rəsmisi: Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil

İsveçlilər Milad xərclərini necə bölüşdürürlər?

Professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirilib

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib

Blinken Türkiyəyə gedir

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb

“Qarabağ” İsveç klubu ilə oyunöncəsi son məşqə çıxıb VİDEO

Şəkidə evdə yanğın baş verib

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Milli Xalça Muzeyində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib

Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi qeyd olunub

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

Qurban Qurbanov: Sabah meydanı yaxşı nəticə ilə tərk etmək istəyirik VİDEO

İsveç klubunun futbolçusu: “Qarabağ”la görüş ilin ən vacib oyunudur

CAR-da Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib

Avropa Liqası: “Fənərbağça” İspaniya klubuna məğlub olub

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Nazir müavini: Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik

Futbol üzrə 2030-cu və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələr açıqlanıb

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahana qeydiyyat aparılır

Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli Liderin məzarını ziyarət ediblər

Neft və Sənaye Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

ADA Universiteti “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi proqramı yekunlaşdırıb

BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalanıb

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının yeni nömrəsi çapdan çıxıb

Pedaqoji Universitetdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti müzakirə olunub

Tatarıstanlı alimlər Əlyazmalar İnstitutunda tədqiqat aparıblar

Vətəndaşların müayinə və müalicə ilə bağlı müraciətləri dinlənilib

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib

Türkiyənin Azərbaycandakı keçmiş səfiri: Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq

Şamaxı Astrofizika Rəsədxanasında il ərzində 8 mövzu üzrə 17 elmi tədqiqat aparılıb

Muxtar respublikanın 2025-ci il büdcə gəlirlərinin 527 milyon 959 min manat məbləğində təsdiqlənməsi təklif olunur

Həftəsonu Geminid meteor selinin piki olacaq

Şəki Dövlət Dram Teatrı paytaxt teatrsevərlərinin qonağı olub

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

“Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib

“Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” – yeni nəşr

® “ABB Biz”də qeydiyyatdan keçib “Mobil POS” istifadə et, kiçik biznes üçün 9 faizlə kredit al!

Neft və Sənaye Universitetində Akademik İnkişaf Şurası yaradılıb

® “Azercell”in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

Ölkənin xalis maliyyə aktivləri artıb

İntensiv şaftalı bağlarına görə fermerlərə birdəfəlik əkin subsidiyası veriləcək

Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir təşkil edilib

“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib VİDEO

Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib

Kişi voleybolçular arasında Yüksək Liqada II tur yekunlaşıb

“Big Data” mühitində milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılır

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib VİDEO

“Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb

AzMİU və İngiltərənin Vestminster Universiteti əməkdaşlığı genişləndirir

ADAU-da Ulu Öndərin xatirəsinə həsr olunan bilik yarışı keçirilib

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinə yekun vurulub

“Jibek Joly” turist qatarı Qazaxıstanla Özbəkistanı birləşdirəcək

Deputat: Ulu Öndərin əbədiyaşar ideyaları və irsi bizə istiqamət verir

Qəbələyə səfər edən xarici turistlərin sayı 51,5 faiz artıb

“Şimalda kino günləri” layihəsi başa çatıb

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Rasmussen: Amerikalıların əksəriyyəti Kamala Harrisin 2028-ci il seçkilərində namizəd olmasını istəmir

GDU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb