SİYASƏT


Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.