REGİONLAR


Birləşmə və hissələrin qərargah və bölmələri ilə komanda-qərargah təlimi keçirilir

Naxçıvan, 16 aprel, AZƏRTAC

Bu ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun bir neçə birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Burada idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir.

Zabitlərin və qərargahların komanda-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil edilməsi məqsədilə Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilərək, fəaliyyətlərin nəticələri təhlil olunacaq.

Komanda-qərargah təlimi aprelin 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.