İDMAN
Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon davam edir
Bakı, 25 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində start götürən və 7 mərhələdən ibarət olan çoxgünlük velomarafon davam edir.
AZƏRTAC xəbər verir ki, Əl Mərcan adalarında təşkil olunan yarışın 4-cü mərhələsində velosipedçilər 204 kilometr məsafə qət ediblər. Turnirdə ən yaxşı nəticəni “Quik Step” komandasının üzvü Sem Bennet qazanıb. İrlandiyalı velosipedçi məsafəni 4 saat 51 dəqiqə 51 saniyəyə qət edərək ən yaxın rəqiblərini az fərqlə üstələyib. “Jumbo Visma” komandasının niderlandlı üzvü Devid Dekker ikinci, “Lotto Soudel” komandasının avstraliyalı velosipedçisi Yun Kaleb isə üçüncü yeri tutublar.
Dörd mərhələdən sonra Birləşmiş Ərəb Əmirlikləri komandasının sloveniyalı üzvü Tadey Poçaqar liderliyini davam etdirir.
Turnir fevralın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]