SİYASƏT


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana səfərə dəvət olunub

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana səfərə dəvət olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərə dəvət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə onu ölkəmizə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini deyib, bu münasibətlə təbriklərini çatdırıb.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.