DÜNYA


Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır

Bakı, 7 iyun, AZƏRTAC

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 456 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 172 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı dəyişməyərək 359 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 153 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 97 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 21 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.