DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları artıb

Bakı, 22 fevral, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 3,7 milyon barrel (0,8 faiz) artaraq 454,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 3,1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,6 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 256,8 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 350 min barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın benzin ehtiyatları 408 milyon barrel azalmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.