Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bişkekdə Azərbaycanın Qırğız Dostları Klubunun təsis konfransı keçirilib

Bişkek, 16 noyabr, AZƏRTAC

Bişkek şəhərində Azərbaycanın Qırğız Dostları Klubunun təsis konfransı keçirilib.

Tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının rəsmiləri, Joqorku Keneşin (Parlamentin) deputatları, digər yüksək vəzifəli şəxslər, ziyalılar, KİV rəhbərləri iştirak ediblər. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan tarixini, mədəniyyətini, təbiətinin gözəlliklərini, dinamik inkişafını əks etdirən film göstərilib.

Klubun yaradılmasının təşəbbüskarı olan Qırğızıstanın sabiq xarici işlər naziri, “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Askar Aytmatov çıxış edərək dəstəyə görə Azərbaycan səfirliyinə minnətdarlıq edib. O, Çingiz Aytmatovun kitablarının qardaş Azərbaycanda çox sevilməsindən, Azərbaycan xalqının onu öz yazıçısı kimi qəbul etməsindən məmnunluq ifadə edib. Həmçinin Azərbaycanın qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza görə sevindiyini bildirib.

Askar Aytmatov deyib ki, bu gün Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər demək olar bütün istiqamətlərdə inkişaf edir. Əməkdaşlığı dərinləşdirmək üçün perspektivlər var.

Ermənistan təcavüzündən danışan A.Aytmatov bildirib ki, Qarabağ bütün Azərbaycan xalqı üçün sağalmayan bir yara idi. O, rəhbəri olduğu ictimai birliyin münaqişə ilə bağlı Azərbaycan Prezidentinə dəstək məktubu yazdığını xatırladıb.

İctimai birliyin prezidenti münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bəyanatın əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün gördüyü bütün tədbirləri alqışladıqlarını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanın Qırğız Dostları Klubunun məqsədi ölkələrimizin hərtərəfli əməkdaşlığının inkişafına, Azərbaycan və Qırğızıstan xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın xalq diplomatiyası vasitəsilə dərinləşdirilməsinə kömək etməkdir. Klub onun fəaliyyətini dəstəkləməyə hazır olan hər kəs üçün açıqdır.

Səfir Hidayət Orucov çıxış edərək bildirib ki, qardaş xalqlarımızın ortaq kökləri və oxşar mədəniyyəti var. Səfir ulu öndər Heydər Əliyevin “Manas” dastanının 1000 illiyinə həsr olunmuş təntənəli iclasdakı çıxışından sitat gətirərək deyib ki, “Manas” dastanı bizim ümumi dilimizdə yazılıb. Qeyd edib ki, Çingiz Aytmatov təkcə qırğızların deyil, həm də Azərbaycan xalqının böyük oğludur. Ç.Aytmatov üçün Qırğızıstan olduğu kimi Azərbaycan da vətəndir. Böyük ədibin bütün əsərlərini tərcümə edən və Qırğızıstandan başqa 85 yaşını qeyd edən yeganə ölkə Azərbaycandır. İndiki nəsil iki ölkə arasındakı qarşılıqlı əlaqəni genişləndirmək üçün səy göstərməlidir və inanırıq ki, klub bu istiqamətdə öz töhfələrini əsirgəməyəcək.

Ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr birləşdirir, ortaq dil, mədəniyyət, ənənələr və adətlər sıx əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və genişlənməsi Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir.

Səfir deyib ki, Ermənistan silahlı qüvvələri döyüş meydanında məğlub olduqlarını başa düşərək münaqişə zonasından yüzlərlə kilometr məsafədə yaşayan mülki şəxslərə hücum etdi. Gecə saat ikidə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə insanlar yatarkən raket atəşinə tutuldu. Ümumilikdə, ermənilərin yaşayış məntəqələrini sentyabrın 27-dən noyabrın 10-dək atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb, 3326 yaşayış binasına, 120 çoxmərtəbəli binaya və uşaq bağçaları və məktəblər daxil olmaqla 504 mülki infrastruktur obyektinə ciddi ziyan dəyib.

Qırğız Respublikası Prezidentinin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Dıykanbayev, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov, prezidentliyə namizədlər Arslanbek Maliyev və Toktayım Umetaliyeva, "Antiterror-Alfa" qeyri-hökumət təşkilatının sədri, Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin sabiq birinci müavini general-mayor Artur Medetbekov, “Assol” Moda Evinin qurucusu, jurnalist Assol Moldokmatova, iqtisadiyyat elmləri doktoru Qiyas Xəlilov, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov və başqaları çıxış edərək Azərbaycanın inkişafından, qitələrarası layihələrin həyata keçirilməsində iştirakından, dünya birliyində yerindən və mövqeyindən söz açıblar. Ölkəmizin Qırğızıstanla əlaqələrindən danışaraq bildiriblər ki, bizim xalqlarımız etnik və tarixi əlaqələr, mədəniyyət, adət-ənənələr və dil ilə bağlıdırlar, bu da öz növbəsində, səmərəli əməkdaşlıq üçün böyük imkanlar verir. Ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycanın Qırğızıstanda və bu ölkənin Azərbaycanda daha yaxından tanıdılması üçün müvafiq işlər aparılıb. İki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycanın Qırğızıstandakı səfirliyi də aktiv fəaliyyət göstərir.

Qeyd edək ki, Askar Aytmatov Azərbaycanın Qırğız Dostları Klubunun prezidenti, Qiyas Xəlilov və Kayrat Osmonaliyev isə prezidentin müavinləri seçiliblər.

Təsis konfransının sonunda iştirakçılar qətnamə qəbul ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib