MƏDƏNİYYƏT
Bişkekdə TÜRKSOY xalq çalğı alətləri orkestrinin Qala konserti olub
Bişkek, 4 oktyabr, AZƏRTAC
Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinin məlumata görə. T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında TÜRKSOY xalq çalğı alətləri orkestrinin Qala konserti keçirilib.
Məlumatda deyilir ki, konsert Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərinin 25 illiyinə həsr edilib.
Konsertdə türk dünyasından gələn musiqi kollektivləri öz ölkələrinin xalq və bəstəkar mahnılarını ifa ediblər.
Xatırladırıq ki, TÜRKSOY-un orkestri bu qurumun baş katibinin təşəbbüsü ilə 2016-cı ildə yaradılıb. Orkestrdə komuz, kuray, dombra, balaban, tar, kamança, qaval, xomus, rubab, qarmon, taşpur, çatkan, doyra və digər milli musiqi alətləri var.
Orkestrin digər türkdilli ölkələrdə çıxışları da nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek