İQTİSADİYYAT


Biznes biliklərinizi təlimlərdə iştirak etməklə artırın

Bakı, 11 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərini, startapları və biznesə başlamaq istəyən şəxsləri iyun ayında keçiriləcək ödənişsiz təlimlərdə fəal iştiraka dəvət edir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, peşəkar təlimçi-ekspertlər tərəfindən keçirilən təlimlər biznes fəaliyyəti ilə bağlı zəruri mövzuları əhatə etməklə yerində və onlayn formatda təşkil olunur. Sahibkarlar və biznesə başlamaq istəyənlər ehtiyacları olan təlimlər üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzlərinə (KOBİM) müraciət edə bilərlər.

İyun ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından - www.kobim.az əldə etmək olar.

Qeyd edək ki, may ayında KOBİM-lər tərəfindən minə yaxın sahibkarlıq subyektinin və biznesə başlamaq istəyən şəxslərin iştirakı ilə 100-dən çox təlim keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.