İQTİSADİYYAT


Bloomberg: Neft qiymətləri bu ilin sonuna kimi 65 dollaradək azala bilər

Bakı, 5 iyul, AZƏRTAC

Amerikanın “Citigroup” bankının analitikləri hesab edirlər ki, 2022-ci ilin sonunadək “Brent” markalı neftin bir barelinin qiyməti 65 dollara, 2023-cü ilin sonunda isə tələb azalarsa 45 dollara düşə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Tarix boyu neftə tələb dünyada baş verən böyük tənəzzüllər zamanı azalır. Lakin neftin qiyməti tənəzzül zamanı təqribən marjinal dəyərə düşür”, - deyə məlumatda bildirilib.

Ekspertlər qeyd ediblər ki, proqnozlaşdırılan ssenari “OPEC+” ölkələrinin neft bazarlarına müdaxilə etməməsi, həmçinin neft resurslarına investisiyaların azalması zamanı baş verə bilər.

Qeyd edək ki, bu günə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 113 dollar ətrafındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.