İDMAN


Boks komandamız yoldaşlıq görüşündə ikinci olub

Bakı, 7 fevral, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib. Vaqif Şirinovun rəhbərlik etdiyi milli rəsmi yarışlara hazırlıq çərçivəsində 2 yoldaşlıq görüşündə gücünü yoxlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komandamız ilk qarşılaşmasında Qafqaz ölkələrinin yığması (“Rusiya-2”) ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:5 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimiz daha sonra “Rusiya-1” komandası ilə üz-üzə gəliblər. İlk görüşdə Polşadan üstün olan rəqib bu dəfə də qələbə qazanıb – 6:4.

Beləliklə, komandamız turniri ikinci pillədə bitirib. Yığmamızın heyətində Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq) keçirdikləri hər iki görüşdə qələbə qazanıblar. Digər qələbələrimiz Elvin Məmişzadə (52 kq), Ruslan Rüstəmov (60 kq) və Rövşən Yaqubzadənin (91 kq) aktivindədir. R.Rüstəmov və R.Yaqubzadə bir qarşılaşmada mübarizə aparıblar.

Yekun nəticəyə görə, “Rusiya-1” birinci, “Rusiya-2” üçüncü yeri tutublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.