İDMAN


Boks üzrə Avropa çempionatında Azərbaycanın 7 idmançısı mübarizə aparacaq

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, səkkiz gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi ilə yeddi boksçu mübarizə aparacaq.

Komandamızın heyətində Əli Zamanov (52 kq), Maqsud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.

Azərbaycanı qitə birinciliyində hakimlərimizdən Fuad Aslanov təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.