REGİONLAR


Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan, 16 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının boksçuları da iştirak ediblər. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 60-a yaxın boksçu qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda Rəhman Həsənli, Tuncay Paşayev, Əli Əbilov, Nadir Əbilov, Afiq Məmmədli, Sənan Əbilov, Hüseyn İsmayılov, Turan Kərimsoy, İlkin Həsənov, Ucar Musayev, Əli Həsənov, Elbrus Kərimli, Sinan Əbilov, Asiman Məmmədzadə, Əli Quluzadə, Akif Həsənov, Nihat Quliyev, Fuad Əhmədov, Şulan Əhmədov, Əfrəsiyət Həsənov, Ayxan Süleymanov, Şahhüseyn Şeyxov və Qasım Murtuzayev müxtəlif çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.