İDMAN


Boksçumuz Dominqes Alfonsonun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib

Bakı, 11 sentyabr, AZƏRTAC

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı birinci mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Görüş sentyabrın 15-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.