DÜNYA


Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Boliviyanın cənubunda yerləşən Tarixa şəhəri rayonunda sərnişin avtobusunun 150 metr dərinliyində yarğana aşması nəticəsində azı 13 nəfər həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Xilasedicilər hadisə zamanı həlak olanların cəsədlərini avtobusdan çıxarıb, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Həlak olanların dördü və xəsarət alanların yeddisi Argentinanın həvəskar futbol klublarından birinin oyunçularıdır.

Bu, son iki gündə Boliviyada ağır tələfatla nəticələnən ikinci hadisədir. Yanvarın 19-da Oruro və Potosi departamentlərini birləşdirən avtomobil şosesində iki avtobusun toqquşması nəticəsində 22 nəfər həlak olmuş, 37 nəfər yaralanmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.