SİYASƏT
Bolqarıstan televiziyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən veriliş yayımlayıb VİDEO
Verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya hücuma keçib, təhdidlərə başlayıblar
Bakı, 2 iyul, AZƏRTAC
Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.