DÜNYA


Bolqarıstanda qasırğa ilə müşayiət olunan güclü yağışlar davam edəcək

Sofiya, 26 iyun, AZƏRTAC

Bolqarıstan ərazisində yağış və qasırğa səbəbindən beş rayonda “sarı həyəcan” siqnalı elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan Milli Meteorologiya və Hidrologiya İnstitutu məlumat yayıb.

Belə ki, Smolyan, Kırdjalı, Plovdiv, Xaskovo və Yambol bölgələrində güclü yağış, qasırğa və külək gözlənilir. Hər kvadratmetrə düşəcək yağıntının miqdarının 30-50 millimetr olacağı ehtimalı var.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.