Boris Conson kiçik cərrahiyyə əməliyyatı keçirib
AzerTAg.az
20.06.2022 [17:51]
Bakı, 20 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Boris Conson London xəstəxanasında burnundan əməliyyat olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC telekanalı Dauninq-stritə istinadla məlumat yayıb. Məlumata əsasən, Boris Conson ümumi anesteziya altında kiçik rutin əməliyyat keçirib. Əməliyyat yerli vaxtla saat 6:00-da olub və Baş nazir dörd saatdan sonra Dauninq-stritə qayıdıb.
Onun işə qayıtması özünü necə hiss etməsindən asılı olacaq. Lakin qeyd olunur ki, Baş nazirin iyunun 21-də nazirlərlə görüşü planlaşdırılıb.
Boris Conson işə qayıdana qədər onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Dominik Raab üzərinə götürüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
06.07.2022 [18:26]
06.07.2022 [17:39]
06.07.2022 [17:05]

MULTİMEDİA
06.07.2022 [18:26]
06.07.2022 [17:43]
06.07.2022 [16:34]
06.07.2022 [17:56]
06.07.2022 [17:31]
06.07.2022 [18:00]
06.07.2022 [17:24]
06.07.2022 [18:33]
06.07.2022 [17:42]
06.07.2022 [17:06]
06.07.2022 [17:04]
06.07.2022 [17:45]
06.07.2022 [18:07]
06.07.2022 [17:22]
06.07.2022 [17:17]
04.07.2022 [08:28]
01.07.2022 [10:40]
01.07.2022 [09:47]
06.07.2022 [14:43]
06.07.2022 [17:32]
06.07.2022 [15:52]
06.07.2022 [13:25]
06.07.2022 [18:10]
06.07.2022 [17:55]
06.07.2022 [17:54]
Xəbərin mətnində orfoqrafik səhv var