DÜNYA
Bosniya və Herseqovinadakı Yablanitsa gölü qurumaq təhlükəsi ilə üzləşib
Sarayevo, 19 fevral, AZƏRTAC
Bosniya və Herseqovinanın mərkəzində yerləşən Yablanitsa gölü qurumaq təhlükəsi ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, göldə suyun səviyyəsinin kəskin azalması ekosistemin yox olmaq təhlükəsi və balıqların kütləvi tələf olacağı ilə bağlı narahatlıqları artırıb.
Bəzi ekspertlər gölün suyunun azalmasının hər il baş verən təbii proses olduğunu bildirirlər. Bunun səbəbi kimi hava şəraiti, quraqlıq və elektrik enerjisinə tələbatın artması göstərilir.
Lakin göldə suyun səviyyəsində adətən yay aylarında azalmalar müşahidə olunur. Bu prosesin fevral ayında baş verməsi isə ciddi narahatlıq yaradır.
Qeyd edək ki, Yablanitsa gölü Neretva çayı üzərində 13 kvadratkilometr sahəsi olan süni göldür. Dərinliyi 70-80 metr olan göl müxtəlif növ balıqlarla zəngindir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]