DÜNYA


Bosniyalı təqaüdçü fırlanan ev tikib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bosniyalı təqaüdçü Voyin Kusiç pəncərədən təbiətin gözəlliyini seyr etmək üçün fırlanan ev tikib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, evin 7 metrlik ox ətrafında fırlanmasını təmin etmək üçün buraya güclü elektrik mühərriki qoşulub.

Pəncərənin xaricindəki mənzərə hər saniyədə dəyişə bilər. Bütün bu proseslər altı ilə qədər gündəlik iş tələb edib. Bosniyalı yenilikçi evin zəlzələyə stasionar binalardan daha davamlı olduğunu söyləyir.

Evin quraşdırılması zamanı bir sıra çətinliklərə baxmayaraq, Voyin Kusiç evi hərəkət etdirməklə yanaşı, həm də onun fırlanma sürətini tənzimləyə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.