DÜNYA


Böyük Britaniya Ukraynaya dəstək üçün əlavə 1,3 milyon avro ayıracaq

Bakı, 8 may, AZƏRTAC

Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar kömək üçün əlavə 1,3 milyon avro (1,6 milyard dollar) ayıracaq.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Rişi Sunak tərəfindən şənbə günü axşam saatlarında yayılmış bəyanatda deyilir.

Məlumata görə, yeni dəstək paketinə Baş nazir Boris Consonun bir qədər əvvəl elan etdiyi 300 milyon avro məbləğində döyüş texnikası da daxildir. Burada radioelektron mübarizə vasitələri, o cümlədən mobil radiolokasiya stansiyaları, gecəgörmə cihazları və sair barədə söhbət gedir.

Bundan başqa, qeyd olunur ki, Boris Conson mayın ikinci yarısında Krallığın müdafiə müəssisələrinin rəhbərləri ilə görüşündə silah istehsalını artırmaq məsələsini müzakirə etmək niyyətindədir. “Biz Böyük Britaniyada müasir müdafiə avadanlığı işləyib hazırlamağı və istehsal etməyi sürətləndirməklə öz təhlükəsizliyimizi və iqtisadiyyatımızı möhkəmləndiririk”, - deyə Baş nazir bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.