DÜNYA


Böyük Britaniyada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır

London, 13 iyul, AZƏRTAC

Böyük Britaniyada koronavirusla bağlı məhdudiyyətlər iyulun 19-da sona çatır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Britaniya hökuməti qərar qəbul edib.

Baş nazir Boris Conson vəziyyətlə bağlı açıqlamasında söyləyib ki, koronavirus sizin və ailəniz üçün risk yaratmağa davam edir. Lakin iyulun 19-dan etibarən COVID-dən öncəki həyata qayıda bilmərik. O, pandemiyanın hələ bitmədiyi üçün hamını ehtiyatlı olmağa çağırıb.

İyulun 19-dan demək olar ki, bütün qanuni məhdudiyyətlər ləğv ediləcək, lakin bəzi qaydaları saxlanılacaq. Məsələn, qapalı ictimai yerlərdə maskataxma ilə bağlı bütün tələblər ləğv ediləcək, lakin sıxlıq olan qapalı yerlərdə maska taxmaq məcburiyyəti qüvvədə qalacaq.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.